Главная > Dünya / Mədəniyyət > Bred Pittə qarşı məhkəmədə Ancelina Coli məğlub oldu

Bred Pittə qarşı məhkəmədə Ancelina Coli məğlub oldu


18-11-2020, 09:43. Разместил: azadses
Hollivud aktrisası Ancelina Coli keçmiş əri aktyor Bred Pittlə məhkəmədə məğlub olub. Belə ki, aktrisa hakim Con Oderkirki boşanma prosesindən kənarlaşdırmaq istəyib. Ancaq buna nail ola bilməyib.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Coli onların boşanma işinə baxan hakimin Pittin vəkilləri ilə işgüzar əlaqələrinin olmasına görə belə bir tələblə çıxış edib. Belə ki, Oderkirk əvvəllər aktrisanın keçmiş ərini təmsil edən vəkillik şirkəti ilə işləyib.
Bununla belə, Kaliforniya Ali Məhkəməsi qərarını verib: hakim ulduz cütlüyün boşanması üzərində işləməyə davam edəcək.
Cütlüyə yaxın bir qaynaq, Colinin Oderkirki qərarlarını bəyənmədiyi üçün işdən uzaqlaşdırmaq istədiyini iddia edir. Hollivud ulduzu hakimin keçmiş ərinin vəkil komandasına kömək etdiyinə inanır.Oxu.az


Вернуться назад