Главная > Dünya > Mənzildə iki uşaq cəsədi tapıldı: Ana cinayəti etiraf etdi

Mənzildə iki uşaq cəsədi tapıldı: Ana cinayəti etiraf etdi


19-11-2020, 09:06. Разместил: azadses
Moskvanın Tayninskaya küçəsində yerləşən mənzillərdən birində 2017 və 2015-ci il təvəllüdlü iki uşağın cəsədi tapılıb.
''Azad Səs''-in məlumatına görə, cəsədləri uşaqların atası aşkarlayıb. Həmin vaxt onun həyat yoldaşı da evdə olub. Lakin qadın özündə olmadığı üçün vəziyyəti izah edə bilməyib.
Faktla bağlı cinayət işi açılıb. Ana istintaq tərəfindən saxlanılıb və bir qədər sonra cinayəti etiraf edib.
O qeyd edib ki, qəfildən uşaqlarını öldürməyə qərar verib, həmçinin hadisədən sonra spirtli içki də qəbul edib. //Oxu.az

Вернуться назад