Главная > Dünya > Trampdan koronavirusla bağlı ÇAĞIRIŞ
Trampdan koronavirusla bağlı ÇAĞIRIŞ1-12-2020, 08:15. Разместил: azadses |
Amerika Prezidenti Donald Tramp ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəni (FDA) koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verilməsini ləngitməməyə çağırıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Moderna” kompaniyası təxirəsalınmaz vəziyyətlərdə vaksinin istifadəsinə icazə verilməsi üçün müraciət edib. FDA təcili reaksiya verməlidir!”, - deyə ABŞ Prezidenti bildirib. Noyabrın 30-da “Moderna” kompaniyasının bu məsələ ilə bağlı FDA-ya müraciət edəcəyi gözlənilir. Bundan öncə Almaniyanın “BioNTech” kompaniyası ilə birgə vaksin hazırlayan ABŞ-ın “Pfizer” kompaniyası da quruma analoji müraciət etmişdi. ABŞ-ın səhiyyə naziri Aleks Azar bildirib ki, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı peyvəndin yoxlanılması üzrə iclas dekabrın 10-da keçiriləcək. Bundan bir neçə gün sonra isə preparatın istifadəsinə icazə verilə bilər. “Moderna” kompaniyasının işinə isə bundan bir həftə sonra baxılacaq. Вернуться назад |