Главная > Hadisə > Zəlzələ qurbanları artdı - 39 ölü
Zəlzələ qurbanları artdı - 39 ölü27-01-2020, 11:39. Разместил: azadses |
Xilasedicilər dağıntılar altından 45 nəfəri çıxara biliblər Türkiyədə həftənin cümə günü baş verən zəlzələnin qurbanlarının sayı durmadan artır. Ən son məlumata görə, artıq 39 nəfər ölüb, Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, yaralılar arasında ölən olmayıb. Onların vəziyyətləri orta ağırlıqdadır. Meyit dağıntılar altından çıxarılıb. Nazir bildirib ki, 45 nəfər dağıntılar altından salamat çıxarılıb. Lakin hələ də insanların olduğu ehtimalı ilə xilasetmə işləri davam etdirilir. Yaralıların sayı isə 1600 nəfəri keçib. Xatırladaq ki, dağıdıcı zəlzələ Elazığ və Malatiyaya ziyan vurub. Elazığda yanvarın 24-də axşam saat 21 radələrində baş verən təkanların gücü 6,8 bal olub. Hadisə nəticəsində onlarla bina dağılıb. Вернуться назад |