Главная > Hadisə > Əfqanıstanda təyyarə qəzaya uğradı

Əfqanıstanda təyyarə qəzaya uğradı


27-01-2020, 13:56. Разместил: azadses
Qəzaya uğrayan təyyarədə 83 nəfərin olduğu bildirilir
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb. Azadsəs-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə "Ariana Afghan Airlines" şirkətinə məxsusdur. Qəza ölkənin şərqindəki Qazni vilayətində baş verib. 
İlkin məlumata görə, təyyarədə 83 nəfər olub. Qəza baş verən ərazi taliblərin nəzarətində olub. Hələlik hava gəmisinin hansı səbəbdən qəzaya uğradığı bilinmir. 
Təyyarə Qerat şəhərindən Kabula uçurdu. 
Вернуться назад