Главная > Hadisə > İcra Hakimiyyətinin məmuru intihar etdi
İcra Hakimiyyətinin məmuru intihar etdi12-12-2020, 17:21. Разместил: azadses |
Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib. ''Azad Səs'' xəbər verir ki, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb. Onun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. //Report Вернуться назад |