Главная > Hadisə > Azərbaycanda sabiq rektor vəfat etdi
Azərbaycanda sabiq rektor vəfat etdi14-12-2020, 14:29. Разместил: azadses |
AMEA-nın Polimer Materialları İnstitutunun Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, Əməkdar elm xadimi, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə vəfat edib. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib. O, yüksəkmolekullu birləşmələr kimyası sahəsində respublikanın tanınmış alimlərindən olub. Qeyd edək ki, Niyazi Şahid oğlu Rəsulzadə 1948-ci il yanvarın 9-da Şuşa rayonunda doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub. O, 1970-ci ildə bitirdiyi Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. N.Rəsulzadə 1981-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı, Funksional polimerlər elmi-tədqiqat laboratoriyasının müdiri, 1990-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib. 2011-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının müdiri, 2014-2020-ci illərdə isə AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri kimi fəaliyyət göstərib. O, 1992-ci ildə "Əməkdar elm хadimi" fəхri adı ilə təltif edilib. Allah rəhmət eləsin! Вернуться назад |