Главная > Hadisə > İlin ilk günündə 1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı
İlin ilk günündə 1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı2-01-2021, 11:17. Разместил: azadses |
![]() Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Azad Səs”-ə verilən məlumata görə, 2021-ci il yanvarın 1-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən – Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1 050 nəqliyyat vasitəsi müəyyən olunub. Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb. Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Вернуться назад |