Главная > Hadisə > Azərbaycanda GÜCLÜ YANĞIN: FHN havaya TƏYYARƏ QALDIRDI
Azərbaycanda GÜCLÜ YANĞIN: FHN havaya TƏYYARƏ QALDIRDI15-01-2021, 10:07. Разместил: azadses |
![]() Fövqəladə Hallar Nazirliyindən (FHN) ''Azad Səs''-ə verilən məlumata görə, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə nazirlikdən əlavə qüvvələr cəlb olunub. Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər. Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub. Вернуться назад |