Главная > Hadisə > Azərbaycanlıların piştaxta davası qanla bitdi

Azərbaycanlıların piştaxta davası qanla bitdi


2-11-2019, 21:25. Разместил: azadses
Moldovanın paytaxtı Kişinyov şəhərinin Mərkəzi bazarında bıçaqlanma ilə müşayiət olunan davada 47 yaşlı kişi xəsarət alıb
Hüquq-mühafizə orqanlarının məlumatına görə, davaya çevrilən qalmaqal saat 10-da başlayıb. İki azərbaycanlı satıcı piştaxtanı bölüşə bilmədikləri üçün onlardan biri digərinə mətbəx bıçağı ilə hücum edib. 47 yaşlı kişi bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. 
Həkimlərin sözünə görə, əməliyyat olunan kişinin vəziyyəti orta ağırdır.
Hadisədə şübhəli bilinən 30 yaşlı kişi artıq sorğu-sual olunub. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад