Главная > Hadisə > Daha bir süpürgəçini maşın vurub öldürdü

Daha bir süpürgəçini maşın vurub öldürdü


3-11-2019, 14:32. Разместил: azadses
40 yaşlı qadın dünyasını dəyişdi
Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.
Azadses-in məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib.
Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır
Вернуться назад