Главная > Hadisə > Azərbaycanda iş adamına daha bir cinayət işi açıldı

Azərbaycanda iş adamına daha bir cinayət işi açıldı


28-01-2021, 08:58. Разместил: azadses
"Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, X. Cəfərov külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.
 
X. Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
 
Qeyd edək ki, X. Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılıb.

Вернуться назад