Главная > Hadisə > Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var


1-02-2021, 08:53. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Nuriyev Cəmil Bəybala oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад