Главная > Hadisə > Şəmkirdə SMS-ə görə arvadını öldürən ər təslim oldu
Şəmkirdə SMS-ə görə arvadını öldürən ər təslim oldu20-04-2020, 11:53. Разместил: azadses |
Şəmkir rayonunda arvadını öldürən kişi tutulub. İstiPress-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov trend-ə açıqlamasında bildirib ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verərək könüllü təslim olub. Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. İddiaya görə, qətlə səbəb SMS olub. Belə ki, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb. Bu barədə arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb. Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib. Вернуться назад |