Главная > Hadisə > DSX Akademiyasının tələbəsi intihar etdi

DSX Akademiyasının tələbəsi intihar etdi


18-11-2021, 13:19. Разместил: admin
Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu intihar edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Hadisə noyabr ayının 17-də saat 21:00 radələrində qeydə alınıb.

Telman Nəbiyev naməlum səbəbdən özünü asıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Вернуться назад