Главная > Hadisə > Goranboyda mülki şəxs minaya düşdü

Goranboyda mülki şəxs minaya düşdü


20-11-2021, 16:12. Разместил: admin
Goranboy rayon sakini minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu örüş sahəsində heyvan otaran zaman minaya düşüb.

Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar.

Hazırda Ş.Qarayev xəstəxanaya aparılır. Ətraflı məlumat veriləcək.
Вернуться назад