Главная > Hadisə > Maşınla piyadanı vurub öldürdü

Maşınla piyadanı vurub öldürdü


11-01-2022, 10:43. Разместил: admin
İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Azadsəs.az” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, İmişli sakini, 1997-ci il təvəllüdlü Babazadə Orxan Ələddin oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən piyada, 1963-cü il təvəllüdlü Sarıyev Nizam Hüseyn oğlunu vurub.

Piyada aldığı xəsarət nəticəsinə ölüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад