Главная > Hadisə / Manset > Şəhid olan Ayazın bacısı 7 il əvvəl intihar edibmiş

Şəhid olan Ayazın bacısı 7 il əvvəl intihar edibmiş


11-01-2022, 21:20. Разместил: admin
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində şəhid olan hərbi qulluqçu Ayaz Nəzərovun ailəsində 7 il əvvəl daha bir faciə yaşanıbmış.

“Azadsəs.az”ın məlumatına görə, A. Nəzərovun bacısı, 1997-ci il təvəllüdlü Aytən Nəzərova 2015-ci ildə toyundan bir neçə gün sonra özünü dəmiryolu körpüsündən ataraq intihar edib. Belə ki, şəhidin bacısı əvvəlcə ailə qurmaq məqsədilə qaçırılıb. Toydan sonra yoxa çıxan Nəzərova isə ailədaxili münaqişə səbəbindən özünü körpüdən ataraq həyatına son qoyub.

Qeyd edək ki, şəhidin bir bacısı olub. Şəhidin valideynləri isə illər əvvəl ayrılıb. Onlar Tovuzun Bozalqanlı kəndində yaşayıb.

Faktı Bozalqanlı kəndinin bələdiyyə sədri Zahid Tanrıverdiyev də saytımıza təsdiqləyib.





Вернуться назад