Главная > Hadisə > Bakıdan Kürdəmirə qonaq gələn gənci avtomobil vurub

Bakıdan Kürdəmirə qonaq gələn gənci avtomobil vurub


16-01-2022, 09:40. Разместил: admin
Kürdəmirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Azadsəs.az" "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakıdan kəndə qonaq gələn 2006-cı il təvəllüdlü Əhmədov Kənan Qulam oğlu yolu keçmək istəyərkən onu hələlik markası məlum olmayan avtomobil vurub.

Ağır bədən xəsarəti alan Kənan Əhmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda polis əməkdaşları hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində axtarışlar həyata keçirirlər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад