Главная > Hadisə > 61 yaşlı kişi velosipeddən yıxılaraq öldü
61 yaşlı kişi velosipeddən yıxılaraq öldü16-01-2022, 21:18. Разместил: admin |
Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi ölüb. "Azadsəs.az"nun məlumatına görə ,hadisə rayonun Yeni Suvagil kəndində baş verib. Belə ki, Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq cərrahiyyə əməliyyatına qaldırılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Вернуться назад |