Главная > Hadisə / Manset > Səhvən maşınla qonşu qadının üzərindən keçib öldürdü

Səhvən maşınla qonşu qadının üzərindən keçib öldürdü


18-02-2022, 09:50. Разместил: admin
Bakının Pirallahı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, hadisə Qurban Abbasov küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Mustafayeva Mahirə Firuddin qızı qonşusunun idarə etdiyi avtomobilin arxa hissəsində dayanıb. Bu zaman sürücü ehtiyatsızlıqdan M. Mustafayevanı vuraraq üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.
Вернуться назад