Главная > Hadisə / Manset > Bakıda ana və iki azyaşlı uşağı qətlə yetirildi - Yenilənib

Bakıda ana və iki azyaşlı uşağı qətlə yetirildi - Yenilənib


20-02-2022, 17:23. Разместил: admin
Bakıda qətl hadisəsi olub.

“Azadsəs.az”ın Lent.az-a istinadən məlumatına görə, hadisə bu gün paytaxtın Nizami rayonu, “8-ci kilometr” qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki qızını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qətlə yetirilənlərin kimliyi müəyyənləşib.

“Azadsəs.az”ın məlumatına görə, bunlar 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğludur.
Вернуться назад