Главная > Hadisə / Manset > “Qazprom”un maliyyə meneceri intihar etdi - Foto
“Qazprom”un maliyyə meneceri intihar etdi - Foto27-02-2022, 10:42. Разместил: admin |
![]() “Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, 61 yaşlı Tyulyakov intihar edib. O, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil. “Qazprom” məsələ ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan “Qazprom”un 100% törəmə şirkəti olan “Qazprom Transgaz Sankt-Peterburq”da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb. ![]() Вернуться назад |