Главная > Hadisə / Manset > Rumıniyada qırıcı və hərbi helikopter qəzaya uğradı

Rumıniyada qırıcı və hərbi helikopter qəzaya uğradı


3-03-2022, 09:32. Разместил: admin
Rumıniyanın MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb. Onun qalıqlarını axtarmağa gedən IAR-330 Puma hərbi helikopteri də eyni bölgədə yerə çırpılıb.

“Azadsəs.az” xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi Rumıniya mətbuatında xəbəri təsdiqləyib.

Məlumata görə, 112-yə zəng edən şəxs bir neçə təyyarə səsi eşitdiyini, sonra göydən nəyinsə düşdüyünü görüb və böyük partlayış olduğunu bildirib.

Rumıniya mətbuatında helikopterdə olan beş əsgərin həyatını itirdiyi qeyd edilib.

Rumıniya Müdafiə Nazirliyi heç bir dəqiq məlumata malik olmadıqlarını, yaxın saatlarda ətraflı məlumat verəcəklərini açıqlayıblar.
Вернуться назад