Главная > Hadisə / Manset > Həkimlərin çantalarını oğurlayan şəxs saxlanıldı

Həkimlərin çantalarını oğurlayan şəxs saxlanıldı


7-03-2022, 15:19. Разместил: admin
Bakıda özəl tibb müəssisələrində həkimlərin çantaları oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən “Azadsəs.az”a bildirilib ki, Nəsimi rayonunda özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. E.Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Вернуться назад