Главная > Hadisə / Manset > Güclü külək divarı ana ilə qızının üstünə aşırdı

Güclü külək divarı ana ilə qızının üstünə aşırdı


19-03-2022, 13:21. Разместил: admin
Gəncədə güclü külək bədbəxt hadisəyə səbəb olub.

“Azadsəs.az”ın xəbərinə görə, gecə saatlarından qərb bölgəsində əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

Belə ki, Gəncə şəhərində, Nizami Gəncəvi prospektində küləyin təsirindən qırmızı kərpicdən hörülən divar yoldan keçən ana və azyaşlı qızının üzərinə aşıb.

Bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Вернуться назад