Главная > Hadisə > Gəncədə ağır yol qəzası: İki yaralı var, onlardan biri 14 yaşlı yeniyetmədir

Gəncədə ağır yol qəzası: İki yaralı var, onlardan biri 14 yaşlı yeniyetmədir


30-03-2022, 09:16. Разместил: admin
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişini müxtəlif xəsarətlər alıblar. Yaralılar 14 yaşlı A.Tağıyev və 35 yaşlı E.Tağıyevdir. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад