Главная > Hadisə / Manset > Solovyovun İtaliyadakı villası yandırıldı

Solovyovun İtaliyadakı villası yandırıldı


6-04-2022, 16:22. Разместил: admin
Bu gün səhər saatlarında naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyanın Komo şəhərində yerləşən villasını yandırmağa cəhd ediblər.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “Corriere della Sera” qəzeti yayıb.

Yerli sakinlərdən biri yanğınsöndürənlərə insident barədə xəbər verib və hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər.

Ölkənin hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb. Həmçinin insidentlə bağlı Solovyovla da əlaqə saxlanılıb.

Nəşr yazır ki, Solovyov Komoda ümumi dəyəri 8 milyon avro dəyərində 3 əmlaka sahibdir.
Вернуться назад