Главная > Hadisə / Manset > Rusiyada hərbi hissədə partlayış: Ölən və yaralananlar var

Rusiyada hərbi hissədə partlayış: Ölən və yaralananlar var


12-05-2022, 13:21. Разместил: admin
Rusiyanın Xabarovsk diyarının Amur vilayətində, hərbi hissələrin birində partlayış baş verib.

Hadisə vilayətin Teysin qəsəbəsində yerləşən hərbi hissədə olub.

Bir nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Partlayışın hərbi sursatla ehtiyatsız davranılması nəticəsində meydana gəldiyi ehtimal olunur.
Вернуться назад