Главная > Hadisə / Manset > Avtomobil aşdı, yaralılar var

Avtomobil aşdı, yaralılar var


21-05-2022, 12:23. Разместил: admin
Qax rayonunda avtomobil aşıb.

Oxu.Az-ın məlumatına görə, hərəkətdə olan VAZ-2106 avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Sürücü Hüseynli Hüseyn Azər oğlunun sərnişinləri - 1998-ci il təvəllüdlü Tural Rəşidov və 1993-cü il təvəllüdlü Rövşən Əhmədli xəsarət alıblar.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад