Главная > Hadisə / Manset > Göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları tapıldı - FOTO
Göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları tapıldı - FOTO30-05-2022, 10:51. Разместил: admin |
![]() Bu barədə Nepal quru qoşunlarının rəsmi nümayəndəsi briqada generalı Narayan Silval məlumat verib. General öz “Twitter” səhifəsində təyyarənin qalıqlarının şəklini yerləşdirərək qeyd edib: “Qəza yeri”. Onun sözlərinə görə, qalıqlar Mustanq rayonu ərazisində tapılıb. Fotoda təyyarənin tamamilə məhv olduğu görünür. ![]() Xatırladaq ki, təyyarədə üç ekipaj üzvü və 19 sərnişinin, o cümlədən 13 Nepal, dörd Hindistan və iki Almaniya vətəndaşının olduğu məlum idi. Təyyarə bazar günü səhər Pokhara hava limanından Comsoma qalxıb, bir neçə dəqiqədən sonra onunla əlaqə kəsilib. Вернуться назад |