Главная > Hadisə / Manset > Gəncədə 58 yaşlı kişini elektrik dirəyində cərəyan vuraraq ÖLDÜRDÜ
Gəncədə 58 yaşlı kişini elektrik dirəyində cərəyan vuraraq ÖLDÜRDÜ8-06-2022, 19:00. Разместил: admin |
![]() Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, nazirliyin “qaynar xətt”inə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər. Вернуться назад |