Главная > Hadisə > Qadını tapdalayaraq öldürən fil dəfn zamanı da onu dinc qoymadı

Qadını tapdalayaraq öldürən fil dəfn zamanı da onu dinc qoymadı


14-06-2022, 09:43. Разместил: admin
Fil Hindistan sakini, 70 yaşlı Maya Murmanı tapdalayaraq öldürüb.

Polis bildirib ki, yaşlı xanım Odişa əyalətində quyudan su götürərkən vəhşi heyvan ona tərəf qaçıb. Fil qadını tapdalayıb və Murman yaxınlıqdakı xəstəxanada aldığı xəsarətlərdən vəfat edib.

Dəfn mərasimi zamanı həmin fil yenidən peyda olub. O, xanımın cəsədini götürərək havaya atıb və qaçıb.

Bundan sonra ailə hindu ayininə uyğun olaraq dini mərasimi tamamlayıb və heyvan bir daha geri qayıtmayıb.
Вернуться назад