Главная > Hadisə / Manset > Bakıda 16 yaşlı qızı maşın vurdu

Bakıda 16 yaşlı qızı maşın vurdu


14-06-2022, 11:25. Разместил: admin
Bakıda 16 yaşlı gənc qızı avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 2006-cı il təvəllüdlü Baxşəliyeva Mehriban Elşən qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад