Главная > Hadisə / Manset > Azərbaycanda dəhşətli qətl: Azyaşlı uşağının gözü qarşısında arvadını öldürdü - YENİLƏNİB
Azərbaycanda dəhşətli qətl: Azyaşlı uşağının gözü qarşısında arvadını öldürdü - YENİLƏNİB29-07-2022, 11:46. Разместил: admin |
Şirvan Şəhər Prokurorluğu gecə saatlarında baş verən hadisə ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, iyulun 29-u, gecə saat bir radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. 09:40 Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib. Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qənbərov Kəmaləddin Rasəddin oğlu həyat yoldaşı - Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qənbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib. Qəmbərov Kəmaləddin daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qənbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Вернуться назад |