Главная > Hadisə > Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb


6-08-2022, 09:39. Разместил: admin
Avqustun 5-də Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər həyatını itirib.

Ölümlə nəticələnən qəzalar Beyləqan, Qəbələ, Ucar və Salyan rayonlarında baş verib.

Bu hadisələr nəticəsində daha 7 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Gün ərzində baş vermiş ən ağır qəza Qəbələdə qeydə alınıb. Rayonun Türyançay kəndində “Mercedes” markalı iki avtomobilin toqquşması 1 nəfərin ölümü, daha 4 nəfərin isə xəsarət alması ilə nəticələnib.
Вернуться назад