Главная > Hadisə / Manset > İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var
İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var6-08-2022, 12:40. Разместил: admin |
Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib. Dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb. Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub. İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib. Araşdırmalar davam etdirilir. Вернуться назад |