Главная > Hadisə / Manset > Qubada avtomobil aşıb, iki nəfər ölüb

Qubada avtomobil aşıb, iki nəfər ölüb


11-09-2022, 10:09. Разместил: admin
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi “Niva” markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Вернуться назад