Главная > Hadisə > Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu


13-09-2022, 18:36. Разместил: admin
Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Taleh Heydərova hökm oxunub. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü T.Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaqlayaraq qətlə yetirib.

T.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adamöldürmə, xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Вернуться назад