Главная > Hadisə / Manset > Gədəbəydə 21 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

Gədəbəydə 21 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb


18-09-2022, 21:15. Разместил: admin
Gədəbəy rayonunda atdan yığılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində olub.

Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən "VAZ-21021" markalı avtomobilə çırpıb.

Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад