Главная > Hadisə / Manset > Sabirabadda avtomobili aşıran sürücü ağır xəsarət alıb – FOTO

Sabirabadda avtomobili aşıran sürücü ağır xəsarət alıb – FOTO


26-09-2022, 11:00. Разместил: admin
Sababiradda baş verən qəzada sürücü ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul – Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Вернуться назад