Главная > Hadisə / Manset > Masallıda avtomobil kanala aşıb: İki nəfər boğularaq ölüb - FOTO

Masallıda avtomobil kanala aşıb: İki nəfər boğularaq ölüb - FOTO


29-09-2022, 10:41. Разместил: admin
Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi “Reno” markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад