Главная > Hadisə / Manset > Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran şəxs: “Şəkər xəstəsiyəm, komada olmuşam” - VİDEO
Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran şəxs: “Şəkər xəstəsiyəm, komada olmuşam” - VİDEO21-10-2022, 20:43. Разместил: admin |
Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib. Baku TV-yə açıqlama verən sürücü Elməddin Abbasov qeyd edib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur: “2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”. Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır: “Bugünə qədər belə bir problem yaşamamışdım.Ailəmi uşaqlarımı bu iş sayəsində dolandırıram”. Daha ətraflı Baku TV-nin süjetində: Вернуться назад |