Главная > Hadisə / Manset > İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüblər: Ölən və yaralananlar var

İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüblər: Ölən və yaralananlar var


21-10-2022, 11:16. Разместил: admin
İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüblər.

Rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi “KİA Sorento” markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başladılıb.
Вернуться назад