Главная > Hadisə / Manset > Bakı-Qazax yolunda avtobusun aşmasının səbəbi AÇIQLANDI - YENİLƏNİB
Bakı-Qazax yolunda avtobusun aşmasının səbəbi AÇIQLANDI - YENİLƏNİB29-10-2022, 15:47. Разместил: admin |
Bakı-Qazax yolunda avtobusun aşması nəticəsində yaralanan şəxslər Kliniki Tibbi Mərkəzə aparılıblar. Oxu.Az-ın əldə etdiyi məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur. Onlara ilkin tibbi yardım göstərilir. 15:01 Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb piyada olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, avtobusu aşırıb. Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına piyada çıxıb: “Bu səbəbdən sürücü idarəetməni itirərək avtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”. Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. 14:09 Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub. “Qafqazinfo” xəbər verir ki, qəza avtobusun aşması nəticəsində baş verib. Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir. Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır. Вернуться назад |