Главная > Hadisə / Manset > Sabirabadda avtomobil kanala aşdı - 2 ölü,3 yaralı
Sabirabadda avtomobil kanala aşdı - 2 ölü,3 yaralı6-11-2022, 18:12. Разместил: admin |
![]() “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin - Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb. Qəza zamanı digər sərnişinlər - Ağcabədi rayon sakinləri: 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |