Главная > Hadisə > Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü


3-08-2020, 13:01. Разместил: azadses
Ağcabədi rayonunda yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, avqustun 2-i saat 23 radələrində Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanan Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Вернуться назад