Главная > Hadisə / Manset > TƏBİB Xırdalanda partlayışda xəsarət alanların son durumunu AÇIQLADI

TƏBİB Xırdalanda partlayışda xəsarət alanların son durumunu AÇIQLADI


17-11-2022, 09:13. Разместил: admin
Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələri Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 22 yaşlı qadının (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, 1, 4 və 7 yaşlı uşaqların (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Xırdalanda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb.
Вернуться назад