Главная > Hadisə / Manset > Azərbaycanda kişinin arvadını boğaraq öldürməsinin səbəbi BİLİNDİ - YENİLƏNİB

Azərbaycanda kişinin arvadını boğaraq öldürməsinin səbəbi BİLİNDİ - YENİLƏNİB


19-11-2022, 14:37. Разместил: admin
Yevlax rayonunda 22 yaşlı həyat yoldaşını boğaraq qətlə yetirən şəxsə cinayət işi açılıb.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 19-u saat 6 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar Kəlbəcər rayonunun Qılınclı kənd sakinləridir. A.Salmanov arvadı N.Salmanovanı xəyanət səbəbindən öldürüb.
Вернуться назад