Главная > Hadisə / Manset > Xudatda ana və qızı göbələkdən zəhərləndilər: Biri öldü

Xudatda ana və qızı göbələkdən zəhərləndilər: Biri öldü


9-12-2022, 16:13. Разместил: admin
Xudat şəhərində ana və qızı göbələkdən zəhərləniblər.

“Report”un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Ağayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад